...

Avtomobili səkiyə sürdü - yaralılar var

Hadisə Materials 25 İyun 2016 11:33 (UTC +04:00)
Ötən gün Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobili səkiyə sürdü - yaralılar var

Bakı. Trend:

Ötən gün Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saat 06 radələrində Sumqayıt sakini Samir Mirzəzadə idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış həmyerliləri Şahsənəm Camalovanı, İqbal Məmmədovu və Tofiq Həmidovu vurub və onlar xəstəxanaya yerləşdiriliblər.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti