...

Daxili orqanında narkotik keçirtmək istədi

Hadisə Materials 3 Noyabr 2016 11:59 (UTC +04:00)
İrandan Azərbaycana narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıb.
Daxili orqanında narkotik keçirtmək istədi

Bakı. Trend:

İrandan Azərbaycana narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 1,804 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti