...

19 yaşlı qız Bakı sakininin avtomobilini oğurlayıb

Hadisə Materials 4 Noyabr 2016 11:54 (UTC +04:00)
Avtomobil oğurlamış 19 yaşlı qız saxlanılıb.
19 yaşlı qız Bakı sakininin avtomobilini oğurlayıb

Bakı. Trend:

Avtomobil oğurlamış 19 yaşlı qız saxlanılıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb.

Avtomobili idarə edən Bakı şəhər sakini 19 yaşlı Aygün Hüseynova və avtomobil 15-ci PB-yə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti