...

5 gün əvvəl Ağstafada qətlə yetirilən Bakı sakininin qatilləri tapıldı

Hadisə Materials 18 Noyabr 2016 13:27 (UTC +04:00)
Ağstafada 5 gün əvvəl öldürülən şəxsin qatilləri tapılıb.
5 gün əvvəl Ağstafada qətlə yetirilən Bakı sakininin qatilləri tapıldı

Bakı. Trend:

Ağstafada 5 gün əvvəl öldürülən şəxsin qatilləri tapılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 13-də Ağstafa şəhəri ərazisindən Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri (küt alətlə yetirilmə xarakterli) olan meyiti Ağstafa şəhər sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobildə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində tutulublar.

Xatırladaq ki, noyabrın 13-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasına üzərində küt alət izləri olan meyit gətirilib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, meyit 1982-ci il təvəllüdlü Tural Hacıyevə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti