Bakı. Trend:
İndoneziyanın şərqində Rixter cədvəli ilə 5,0 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Saumlaki şəhərindən 184 kilometr şimal-qərbdə olub. Təbii fəlakətin ocağı 171 kilometr Banda dənizinin səthi altında yerləşib.
Sunami təhlüləsi yoxdur.
Xəsarət alanlardan və dağıntılardan xəbər yayılmayıb.