...

Azərbaycandan İrana qaçaqmalçılıq yolu ilə içki aparan ələ keçdi (FOTO)

Hadisə Materials 6 Yanvar 2017 10:35 (UTC +04:00)
Azərbaycandan İrana spirtli içkilərin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısı alınıb.
Azərbaycandan İrana qaçaqmalçılıq yolu ilə içki aparan ələ keçdi (FOTO)

Bakı. Trend:

Azərbaycandan İrana spirtli içkilərin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana gedən İran vətəndaşı Abdolı Mahmood Bahar Alının idarə etdiyi “Scania” markalı sərnişin avtobusu saxlanılıb və nəqliyyat vasitəsi əsaslı şəkildə yoxlanılıb.

Yoxlama zamanı avtobusun arxa təkərinin üstündə yük üçün nəzərdə tutulmuş yerdən, həmin yerin metal döşəməsinin altındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsüldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycanın aksiz markası ilə markalanmış 110 ədəd müxtəlif adda bir litrlik araqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti