...

Doqquzmərtəbəli binada yanğın

Hadisə Materials 7 Mart 2017 01:23 (UTC +04:00)
Bakı şəhəri, Xətai rayonunda yanğın qeydə alınıb
Doqquzmərtəbəli binada yanğın

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonunda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda tikintisi başa çatmayan doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılmış tikinti materialları 100 m2 sahədə və 3 p.m elektrik kabeli yanıb.

Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti