...

DİN Qusarda 5 yaşlı qızın anası tərəfindən öldürülməsi barədə məlumat yayıb

Hadisə Materials 21 İyun 2017 11:55 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Qusar rayonunda 5 yaşlı uşağın anası tərəfindən öldürülməsi hadisəsi barədə məlumat yayıb.
DİN Qusarda 5 yaşlı qızın anası tərəfindən öldürülməsi barədə məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Qusar rayonunda 5 yaşlı uşağın anası tərəfindən öldürülməsi hadisəsi barədə məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti