...

OKTYABRIN 9-NA OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 10 Oktyabr 2005 15:01 (UTC +04:00)

Oktyabrın 9-da daxili işlər orqanrları tərəfindən 19 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 10-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb. 2 yanğın hadisəsi baş verib, 2 nəfər ölüb, 1 nəfər yanıq xəsarətləri alıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 12 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti