...

Azərbaycan Dövlət Teleradio QTSC rəhbərinin vəziyyəti sabit ağırdır

Hadisə Materials 31 Oktyabr 2005 12:24 (UTC +04:00)

Azərbaycan Dövlət Teleradio QTSC-in sədri Nizami Xudiyevin vəziyyəti sabit ağır olaraq qalır. Bu barədə Trend ə oktyabrın 30-da axşam baş vermiş yol-nəqliyyat hadisəsindən sonra N.Xudiyevin yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib.

Həkimlərin məlumatına görə, hazırda xəstə suallara cavab verir. Lakin onlar N.Xudiyevin reanimasiya şöbəsində nə qədər saxlanacağını söyləməkdə çətinlik çəkiblər.

Xatırladaq ki, onun avtomobili ölkənin şimalında, Siyəzən rayonunun ərazisində yük maşını ilə toqquşub və nəticədə sədr kəllə-beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Hadisə N.Xudiyev 56 saylı Xaçmaz kənd seçki dairəsinin seçiciləri ilə görüşdən qaydarkən baş verib.

Xəbər lenti

Xəbər lenti