...

Sərhədlərin bağlanmasında Ermənistan özü günahkardır - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2012 15:30 (UTC +04:00)
Ermənistan sərhədlərinin bağlanmasında Yerevan özü günahkardır. Trend-in məlumatına görə, bunu azərbaycanlı politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov "Postsovet məkanında inteqrasiya proseslərinin perspektivləri" mövzusunda Moskva-Kiyev-Kişinyov-Bakı-Yerevan-Astana multimedialı videokörpünün gedişində deyib.
Sərhədlərin bağlanmasında Ermənistan özü günahkardır - politoloq

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan sərhədlərinin bağlanmasında Yerevan özü günahkardır. Trend-in məlumatına görə, bunu azərbaycanlı politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov "Postsovet məkanında inteqrasiya proseslərinin perspektivləri" mövzusunda Moskva-Kiyev-Kişinyov-Bakı-Yerevan-Astana multimedialı videokörpünün gedişində deyib.

"Əgər ərazilər işğal edilməsəydi, məlum münaqişə və çoxlu sayda qaçqınlar olmasaydı, onda regionda münasibətlər 90-cı ilə qədər olduğu kimi formalaşardı", - Sadıqov bildirib.

Qeyd edək ki, telekörpü zamanı MDB ölkələri İnstitutunun Ermənistan filialının direktoru, politoloq Aleksandr Markarov vurğulayıb ki, Ermənistan sərhədlərinin bağlanması MDB-yə inteqrasiyaya maneədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti