...

28 May - Respublika Günü münasibətilə Vellinqtonda rəsmi qəbul təşkil edilib (FOTO)

Siyasət Materials 27 May 2016 10:24 (UTC +04:00)
Mayın 23-də Azərbaycan Demokratik Respublikasının yaradılmasının 98 illik yubileyi münasibətilə Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyi tərəfindən Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində rəsmi qəbul mərasimi təşkil edilib.
28 May - Respublika Günü münasibətilə Vellinqtonda rəsmi qəbul təşkil edilib (FOTO)

Bakı. Trend:

Mayın 23-də Azərbaycan Demokratik Respublikasının yaradılmasının 98 illik yubileyi münasibətilə Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyi tərəfindən Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində rəsmi qəbul mərasimi təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə əsas qonaq qismində Yeni Zelandiyanın Gömrük, eləcə də Əlillik Məsələləri üzrə naziri xanım Niki Vaqner (Nicky Wagner), həmçinin Yeni Zelandiya Parlamentinin üzvləri Fletçer Tabutiu, Cenni Salesa, Kennedy Qraham, Mark Mitçel, Çister Borrous, Tod Müller, Yeni Zelandiya Xarici İşlər və Ticarət Departamentinin məsul işçiləri, ölkənin aparıcı dövlət və özəl şirkətlərinin, tədqiqat mərkəzləri və universitetlərin nümayəndələri, Yeni Zelandiyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, burada yaşayan və təhsil alan azərbaycanlılar da daxil olmaqla ümumilikdə 100 nəfərə yaxın qonaq iştirak edib.

Tədbir Azərbaycan və Yeni Zelandiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə Fövqəladə və Səlahiyyətli Səfir R.Cəmşidov açıb. R.Cəmşidov çıxışında ADR-in yaranma tarixi haqqında danışıb, onun qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Azərbaycanın dövlət quruculuğunda oynadığı böyük rol barədə tədbir iştirakçılarına məlumat verib.

70 illik fasilədən sonra Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən səfir, müstəqilliyin ilk illərində böyük çətinliklərə baxmayaraq, xalqımızın bu çətinlikləri uğurla aradan qaldıra bilməsindən bəhs edib, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, iqtisadi artım göstəriciləri haqda qonaqlara məlumat verib.

R.Cəmşidov iqtisadi nailiyyətlərlə bərabər Azərbaycanın digər sahələrdəki uğurlarını da mərasim iştirakçılarının diqqətinə çatdıraraq cari ilin iyun ayında Formula1 yarışının ilk dəfə Bakı şəhərində keçiriləcəyini qeyd edib. Çıxışının sonunda səfir Azərbaycan və Yeni Zelandiya arasındakı ikitərəfli əlaqələrdən bəhs edərək, ölkəmizin Yeni Zelandiya ilə müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Sonra fəxri qonaq çıxış edib. O öz çıxışında iki ölkə arasında məsafənin uzaq olmasına baxmayaraq qarşılıqlı siyasi-iqtisadi münasibətlətin müsbət yöndə inkişaf etməsini xüsusilə qeyd edib, ölkələrərimiz arasında ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensial olduğunu vurğulayıb. Sonra xanım Vaqner Yeni Zelandiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk qrupunun vasitəçiliyilə və sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib.

Ziyafət zamanı Azərbaycanın iqtisadiyyatını, turizm imkanlarını, mədəniyyətini özündə əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti