Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
polis polkovniki Zaur Natiq oğlu Abdullayevə
polis polkovniki Elçin Hidayət oğlu Həsənova