...

Vladimir Putin: Rusiya-Azərbaycan strateji tərəfdaşlığının əsasında dostluq və mehriban qonşuluq münasibətləri dayanır (YENİLƏNİB)

Siyasət Materials 1 Noyabr 2016 12:06 (UTC +04:00)
Rusiya və Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının əsasında xalqları bir-birinə bağlayan dostluq və mehriban qonşuluq münasibətləri dayanır.
Vladimir Putin: Rusiya-Azərbaycan strateji tərəfdaşlığının əsasında dostluq və mehriban qonşuluq münasibətləri dayanır (YENİLƏNİB)

Bakı. Trend:

Rusiya və Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının əsasında xalqları uzun əsrlərdir bir-birinə bağlayan dostluq və mehriban qonşuluq münasibətləri dayanır.

Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Bakıda keçirilən VII Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciətində deyilir.

Müraciətdə qeyd olunur: "Sevindirici haldır ki, forum bizim tariximizin ümumi səhifələrinə əsaslanan etimad və qarşılıqlı anlaşma ənənəsini inkişaf etdirir, inteqrasiya proseslərinin və qarşılıqlı faydalı əməkdaşlığın artırılmasına yardım edir".

RF Prezidenti əmin olduğunu bildirib ki, cari görüş iki ölkənin hakimiyyət orqanları və işgüzar dairələrinin, eləcə də ekspert və ictimai təşkilatlarının nümayəndələrinin konstruktiv dialoqu formatında keçiriləcək:

"Forumun gündəliyində iqtisadi və maliyyə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, elm, təhsil və mədəni sahələrdə kooperativ əlaqələrin dərinləşdirilməsi kimi vacib məsələlər öz əksini tapacaq.

Sizə iki ölkənin və xalqın rifahı naminə səmərəli iş və nəzərdə tutulan planların uğurla həyata keçirilməsini arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti