...

GUAM XİN rəhbərləri idman-gənclər sahəsində İşçi qrup yaradıblar

Siyasət Materials 8 Dekabr 2016 20:09 (UTC +04:00)
Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib.
GUAM XİN rəhbərləri idman-gənclər sahəsində İşçi qrup yaradıblar

Bakı. Trend:

Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan rotasiya qaydası əsasında GUAM təşkilatında sədrliyi həyata keçirir.

İclasda GUAM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi yolları müzakirə edilib. Nazirlər idman-gənclər sahəsində İşçi qrupunun yaradılmasına dair razılığa gəliblər.

Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə əməkdaşlığının genişləndirilməsinin zəruriliyinə toxunublar və bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşün sonunda iclasın protokolu təsdiq olunub.

İclasın ardınca “GUAM-Yaponiya” görüşünün növbəti mərhələsi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti