...

Ekspert: Ərdoğan və Putin əsas diqqəti Suriya üzərində cəmləşdirəcək

Siyasət Materials 10 Mart 2017 18:31 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərinin əsas məqsədi Suriya ilə bağlı danışıqlardır.
Ekspert: Ərdoğan və Putin əsas diqqəti Suriya üzərində cəmləşdirəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərinin əsas məqsədi Suriya ilə bağlı danışıqlardır.

Bunu Trend-ə Türkiyənin “Strategic Outlook” beynəlxalq tədqiqat mərkəzinin prezidenti Yusif Çınar deyib.

Onun sözlərinə görə, İŞİD-in mövqelərinin zəifləməsinə baxmayaraq Suriyadakı vəziyyət hələ də qeyri-müəyyən qalır: “Ərdoğan başa düşür ki, bu qeyri-müəyyənlik bəzi qüvvələr arasında toqquşmalara gətirib çıxara bilər. Ona görə o, digər qüvvələrlə Suriyanın gələcəyi barədə danışıqlar aparmaq istəyir. Bununla da o, regiondakı gərginliyi azaltmaq niyyətindədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti