...

Bakıda Frankofoniya həftəsi keçiriləcək

Siyasət Materials 30 Mart 2017 17:00 (UTC +04:00)
Aprelin 1-dən 22-dək Bakıda Frankofoniya həftələri keçiriləcək.
Bakıda Frankofoniya həftəsi keçiriləcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Aprelin 1-dən 22-dək Bakıda Frankofoniya həftələri keçiriləcək.

Trend-in məlumatına görə, bununla bağlı Belçika, Fransa, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı səfirlərinin və Misir diplomatının iştirakı ilə mətbuat konfransı keçirilib.

Səfirlər öz ölkələrinin Frankofoniyadakı öhdəlikləri, eləcədə Frankofoniya həftələri çərçivəsində maraqlı olacaq tədbirlər barəsində açıqlama veriblər. Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirib ki, həftələr çərçivəsində Bakıda bir sıra tədbirlər, həmçinin sərgi təşkil etməyi planlaşdırırlar.

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib ki, ötən il 8, bu il isə 10 ölkə Bakıda Frankofoniyada iştirak edir. Xanım diplomatın sözlərinə görə, həftələr çərçivəsində Fransa səfirliyi tərəfindən geniş mədəni proqram təqdim olunacaq. Səfir Azərbaycanda 40 minə yaxın şagirdin fransız dilini öyrəndiyini vurğulayıb.

Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski Frankofoniya həftələri çərçivəsində hazırlanan tədbirlər barədə məlumat verib.

Qeyd edək ki, Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərləri bölüşən 84 dövlət və hökumətlərdən (58 üzv və 26 müşahidəçi ölkə) ibarət təşkilatdır.

Xəbər lenti

Xəbər lenti