...

VƏTƏNDAŞLARA ŞƏXSİYYƏT VƏSİQƏSİ VERİLMƏSİNİN YUBADILMASI NAMİZƏDLƏRƏ PROBLEMLƏR YARADIR

Siyasət Materials 20 İyul 2005 20:25 (UTC +04:00)

Paytaxtda və bölgələrdə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməməsi seçki prosesində problemlər yaradacaq. Trend in məlumatına görə, bu fikirləri Azərbaycançı Qüvvələr blokunun seçki qərargahının rəhbəri Rövşən Əhmədli bildirib.

O, deyib ki, seçkilərin yaxınlaşmasına baxmayaraq vətəndaşların şəxsiyyət vəsiqəsi ilə hələ də tam təmin olunmayıblar və bu proses xeyli ləng aparılır. Bu məsələ ilə bağlı müvafiq orqanların süründürməçilik etməsi barədə seçki qərargahına faktlar daxil olub.

Azərbaycançı Qüvvələr Seçki Bloku hesab edir ki, bu cür hallar namizədlərin imza toplamalarına maneçilik kimi qiymətləndirilməli, neqativ hallar təcili aradan qaldırılmalıdır. Blok bu qənaətdədir ki, dövlət başçısı Daxili İşlər Nazirliyi qarşısında vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsini konkret müddətə başa çatdırmaq tapşırığı verməlidir. Həmçinin seçici vəsiqələri seçicilərə şəxsiyyət vəsiqəsi əsasında verilməlidir.

Xəbər lenti

Xəbər lenti