...

BU AYIN SONUNDA SUMQAYITDA BİSKVİT VƏ MAKARON İSTEHSAL EDƏN YENİ MÜƏSSİSƏ FƏALİYYƏTƏ BAŞLAYACAQ

Siyasət Materials 22 Avqust 2005 19:26 (UTC +04:00)

Avqustun sonunda Sumqayıtda biskvit və makaron istehsal edən "BisMak" müəssisəsi istifadəyə veriləcək. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən Trend xəbər agentliyinə məlumat verilib.

Məlumata görə, şəhərin girəcəyində 8 hektar sahəni əhatə edən bu sənaye müəssisəsinin tikintisinə ötən ilin iyununda başlanılıb. Kompleksə biskvit və makaron istehsalı sexləri, həmçinin 3 mərtəbəli inzibati bina daxildir.

Müəssisədə ayda 1350 tona yaxın makaron və 800 tona yaxın biskvit məmulatları istehsal olunacaq. Müəssisənin məhsulları Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac olunacaq.

Məhsul istehsalı üçün lazım olan xammal isə yerli bazardan əldə ediləcək. Hazırda 280 işçinin çalışdığı müəssisədə sınaq məhsullar istehsal edilir. Müəyyən müddətdən sonra işçi heyətinin sayının 700 nəfərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, təqribən 6,5 milyon dollar məbləğində sərmayə qoyulan müəssisədə Türkiyə, İsveçrə və İtaliya istehsalı olan avadanlıqlar quraşdırılıb. İstifadəyə veriləndən sonra müəssisədə müxtəlif növ makaron, vafli, şokolad və biskvit buraxılacaq.

Xəbər lenti

Xəbər lenti