...

İQTİSAD İNKİŞAF NAZİRLİYİ VƏ BEYNƏLXALQ VALYUTA FONDU DAHA BİR GÖRÜŞ KEÇİRƏCƏK

Siyasət Materials 26 Avqust 2005 17:00 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi Beynəlxalq Valyuta Fondunun missiyası ilə məsləhətləşmələri davam etdirəcək. İqtisadi inkişaf naziri Fərhad Əliyevin Trend ə bildirdiyi kimi, artıq belə bir görüş missiyanın səfəri çərçivəsində keçirilib.

"Biz danışıqları davam etdirəcəyik. Razılaşdırılmış yanaşmaları isə avqustun 30-da keçiriləcək sonuncu görüşdə müzakirə edəcəyik", - deyə nazir bildirib.

Qeyd edək ki, BVF-nin Mərkəzi Asiya və Yaxın Şərq (MCD) üzrə departamentinin direktor müaviniVitali Kramarenkonun rəhbərlik etdiyi missiya işinə avqustun 24-də başlayıb. Səfər avqustun 31-nə kimi davam edəcək.

Onun əsas məqsədi isə Azərbaycan hökumətinin 2005-ci ilin qalan dövrü üçün hazırladığı maliyyə siyasəti və əsas struktur islahatlarının qiymətləndirilməsidir. Missiya, həmçinin, 2006-cı il üçün Azərbaycanın dövlət büdcəsinin layihəsi üzrə məsləhətlər də verəcək.

Xəbər lenti

Xəbər lenti