...

RƏSUL QULİYEVİN HÜQUQLARININ MÜDAFİƏSİ ÜÇÜN YARADILAN AVROPA KOMİTƏSİ FƏALİYYƏTƏ BAŞLAYIB

Siyasət Materials 10 Sentyabr 2005 13:01 (UTC +04:00)

"Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin hüquqlarının müdafiəsi üçün yaradılan Avropa Komitəsindən çox şey gözləyirik". Bu barədə Trend agentliyinə ADP sədrinin müavini Elman Salayev bildirib.

E.Salayev onu da bildirib ki, Komitənin üzvü olan bir çox Avropa dövlətlərində fəaliyyət göstərən cəmiyyət rəhbərləri R.Quliyevin hüquqlarının müdafiəsi uğurunda fəal mübarizəyə başlayıblar: "Artıq Almaniya, Hollandiya, Fransa, Belçika, Böyük Britaniya və digər dövlətlər Azərbaycanda Rəsul Quliyevin seçkilərdə iştirakına maneə yaradıldığı barədə məlumatlandırılıb".

Qeyd edək ki, avqustun sonlarında R.Quliyevin hüquqlarının müdafiəsi üçün yaradılan Avropa Komitəsinə ADP-nin Avropa bürosu, Azərbaycan Siyasi Mühacirlərinin Avropa İttifaqı və Avropadakı Azərbaycan Cəmiyyətlərinin bir qismi təmsil olunur.

Xəbər lenti

Xəbər lenti