...

ZAKİR QARALOV: "AYAZ MÜTƏLLİBOV VƏ RƏSUL QULİYEV AZƏRBAYCANA GƏLƏN KİMİ HƏBS EDİLƏCƏKLƏR"

Siyasət Materials 1 Oktyabr 2005 14:30 (UTC +04:00)

Deputatlığa namizədlər Ayaz Mütəllibov və Rəsul Quliyev Azərbaycana gələn kimi həbs ediləcəklər. Trend məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov jurnalistlərlə söhbətində bildirib.

Z.Qaralov: "Uzun müddətdir ki, həm Ayaz Mütəllibov, həm də Rəsul Quliyev öz tərəfdarlarını aldadırlar ki, Bakıya gələcəklər.

Hər iki şəxs barəsində biz öz rəsmi mövqeyimizi bildirmişik. Məhkəmələrin onların barəsində həbsli axtarış qərarları var, həmin qərarların icrası da tam təmin olunacaq.

Ayın neçəsində istəyirlər gəlsinlər, onların hər ikisi həbs ediləcəklər və ədalət məhkəməsi qarşısında törətdiyi cinayətlərə görə cavab verəcəklər.

Mən dəfələrlə bildirmişəm ki, onların Azərbaycana gəlmələri sıfıra bərabərdir".

Xəbər lenti

Xəbər lenti