...

PAKİSTANDA BAŞ VERMİŞ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLAR VƏ XƏSARƏT ALANLAR ARASINDA AZƏRBAYCANLI YOXDUR

Siyasət Materials 10 Oktyabr 2005 12:35 (UTC +04:00)
PAKİSTANDA BAŞ VERMİŞ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLAR VƏ XƏSARƏT ALANLAR ARASINDA AZƏRBAYCANLI YOXDUR

"Pakistanda baş vermiş zəlzələ nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlı yoxdur". Bu barədə Trend ə Azərbaycanın Pakistandakı səfirliyinin konsulu Daşqın Şikarov bildirib.

Onun sözlərinə görə, səfirliyin əməkdaşları iki gün ərzində xəsarət alanlar və yaralılar arasında azərbaycanlıların olması faktını öyrəniblər. Konsul, həmçinin, onu da bildirib ki, zəlzələ azərbaycanlıların yaşamadığı zonada baş verib. Azərbaycanlılar, əsasən, dağıntının az baş verdiyi İslamabad, Laxora və Karaçidə yaşayırlar.

"Azərbaycanlıların bir hissəsi paytaxtda yeraltı təkanlar nəticəsində dağılmış evlərdə yaşayırdılar. Səfirliyin işçiləri onlarla görüşərək daha təhlükəsiz yerə köçmələrini təklif ediblər", - deyə D.Şikarov əlavə edib.

Pakistanda 30 azərbaycanlı ailə yaşayır. Azrbaycan diasporası arasında tələbələr və pakitsanlılarla ailə qurmuş azərbaycanlı qızlar da var.

Xəbər lenti

Xəbər lenti