...

Nazim İsayev: Müxalifət partiyalarından olan fəallar seçki məntəqələri qarşısında insidentlər təşkil etməyi planlaşdırırlar

Siyasət Materials 5 Noyabr 2005 11:45 (UTC +04:00)

Müxalifət partiyalarının fəalları Azərbaycanda parlament seçkiləri gunü seçki məntəqələrinin qarşısında insidentlər təşkil etməyi planlaşdırırlar. Trend in ANS telekanalına istinadən yaydığı məlumata görə, bu barədə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Nazim İsayev bildirib.

"Müxalifət öz tərəfdarlarına son nəticədə seçkilərin saxtalaşdırılmasına sübut kimi təqdim oluna biləcək seçki məntəqələrinin qarşısında toplaşmaq, komissiya üzvləri ilə mübahisələr yaratmaq, ayrı- ayrı toqquşmalar və insidentlər yaratmaq başlamaq qurmaq üçün təlimatlar verib", - deyə o bildirib.

N.İsayev həmçinin, bildirib ki, "respublikaya 220 narıncı çadır gətirilib və müxalifət onları seçkilərdən sonra Bakıda adamların kütləvi toplaşdıqları yerlərdə quraşdırmağı və bununla da uzunmüddətli və fasiləsiz aksiyalar keçirməyi planlaşdırır".

Bu addımların noyabrın 8,9 və 10-da atılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti