"Azadlıq" bloku müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması ilə bağlı müraciətimizə hələ cavab verməyib". Bu barədə Trend ə Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov bildirib.
O qeyd edib ki, "Azadlıq" seçki bloku seçkilərin nəticələrinin saxtalaşdırılması ilə bağlı müxalifəti birgə mübarizəyə çağırıb: "Ancaq bu mübarizəni seçkiöncəsi təşkil etmək lazım idi. Həmin vaxt biz onlara birgə mübarizə aparmaqla bağlı müraciət etdik. Ancaq bir nəticəsi olmadı".
"Azadlıq" seçki blokunun Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseyn isə bildirib ki, AMDP-nin müraciətinə noyabrın 16-da blokun toplantısında cavab veriləcək.