...

Yaxın günlərdə Pakistana Azərbaycanın əlavə maliyyə yardımı köçürüləcək

Siyasət Materials 21 Noyabr 2005 14:46 (UTC +04:00)

Yaxın 2-3 gündə baş vermiş zəlzələnin dağıdıcı nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın $1 mln. əlavə maliyyə yardımı Pakistana köçürüləcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Pakistandakı səfirliyinin konsulu Daşqın Şikarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin Pakistana əlavə yardım göstərmək barədə qərarını ötən həftə donor ölkələrin İslamabadda keçirilən beynəlxalq konfransında AR baş nazirinin birinci müavini Yaqub Əyyubov bildirib. Bu konfransda Pakistan prezidenti Pərviz Müşərrəf türk dilində çıxış edərək göstərilən yardıma görə Azərbaycan tərəfinə təşəkkür edib.

D.Şikarov xüsusilə qeyd edib ki, konfrans çərçivəsində foyedə Y.Əyyubovun P.Müşərrəflə qısa görüşü olub. BMT-nin baş katibi Kofi Annanın da iştirak etdiyi söhbətdə Pakistan prezidenti Azərbaycan tərəfinin zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdiyi səyləri xüsusilə qeyd edib.

Bu vəsait də Azərbaycan tərəfinin zəlzələdən dərhal sonra Pakistana etdiyi $500 min həcmində maliyyə yardımı kimi prezident P.Müşərrəf tərəfindən yaradılmış xüsusi "İmdad" fonduna köçürüləcək.

Xəbər lenti

Xəbər lenti