...

ASDP Mərkəzi Komitənin qərarını gözləyir

Siyasət Materials 21 Dekabr 2005 14:20 (UTC +04:00)

"Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) Mərkəzi Komitədə Azərbaycançı Qüvvələr Birliyi və "Yeni Siyasət" seçki blokunda gələcək fəaliyyəti ilə bağlı məsələni müzakirə edib qərar verəcək". Bu barədə Trend ə ASDP həmsədri Araz Əlizadə bildirib.

Qeyd edək ki, A.Əlizadə "Sosintern"in Kiyevdə keçirdiyi toplantısında iştirak etdiyinə görə AQB-nin gələcək fəaliyyəti ilə bağlı müzakirələr təxirə salınıb. AQB səlahiyyətlisi Rövşən Əhmədli Trend ə bildirib ki, A.Əlizadə artıq Bakıda olduğu üçün qurumun gələcək fəaliyyəti ilə bağlı müzakirələr bu həftə baş tuta bilər.

A.Əlizadə isə qeyd edib ki, ASDP yalnız Mərkəzi Komitənin qərarından sonra hər iki qurumda fəaliyyət göstərib-göstərməyəcəyi ilə bağlə qəti mövqeyini bildirəcək: "Mövqeyimiz Komitənin bu həftənin sonlarında keçiriləcək iclasında qəbul ediləcək qərardan asılı olacaq".

Xəbər lenti

Xəbər lenti