...

Aramsız yağışlar Kür çayında suyun səviyyəsinin kəskin qalxmasına səbəb olub

Siyasət Materials 16 Yanvar 2006 17:44 (UTC +04:00)

10 gün ərzində yağan aramsız yağışlar və Kür çayında suyun səviyyəsinin kəskin qalxması Salyanda onlarla evin həyətinin su basması ilə nəticələnib, xüsusilə sahilə bitişik çökək həyətlərdə, MTS yaşayış massivində dözülməz vəziyyət yaranıb. Sakinlər yaşadıqları evlərə, həyətlərə düzdükləri daşların üstü ilə, ya da uzunboğaz çəkmələrlə girib-çıxırlar.

Hazırda Kür çayından bir saniyədə 850 m3 su axır. Birləşmiş qablar qanununa uyğun olaraq Kürü necə deyərlər, Salyanın quruntuna dolmasından sonra yağan aramsız yağışlar sızılmayaraq yığılıb qalır. 70-ci illərdə bu problemi həll etmək üçün 4 min 200 metr uzunluğunda asbest borulardan qapalı drenaj sistemi inşa edilib. 2003-cü ildə isə drenaj sistemi 650 milyon manat hədd seçilərək yenidən qurulsa da, qrunt sularını yığıb açıq kollektora axıtmalı olan bu sistem ərazini yalnız 5-6% əhatə edir.

Rayon fövqəladə komissiyası isə hər il olduğu kimi, bu il də vəziyyətdən çıxış yolunu həyətlərə dolmuş suları elektrik nasosların köməyi ilə yenidən Kürə axıtmaqda görür. Bu isə əslində o qədər də effekti olmayan müvəqqəti tədbirdir. Vəziyyətdən çıxış yolu odur ki, drenaj sisteminin əhatə dairəsi genişləndirilməli, ən əsası isə çayda 3-4 metr dərinlikdə təmizləmə işləri aparılmalıdır, çünki Kürün ən bulanıq hissəsi aşağı axını olduğu üçün Salyan və Neftçala ərazisində payın yatağı tikilməkdədir.

Xəbər lenti

Xəbər lenti