...

Gəncədə Gigiyena - Epidimiologiya Mərkəzi və Baytarlıq İdarəsi əməkdaşları reydlərə başlayıb

Siyasət Materials 18 Yanvar 2006 17:02 (UTC +04:00)

Bu gün Gəncə şəhər Gigiyena - Epidimiologiya Mərkəzi və Baytarlıq idarəsi əməkdaşları polislərlə birgə şəhərin mərkəzi və digər bazarlarında, eyni zamanda, dönər satılan köşklərdə toyuq ətinin satılıb- satılmaması yoxlama aparıblar.

Mərkəzin qida şöbəsinin müdiri Ayşən Hüseynovun Trend ə verdiyi məlumata görə, artıq müvafiq fərmanlara əsasən Gəncə bazarlarında da ev quşlarırın satışına qadağa qoyulub. 2-3 saata qədər 30 obyektdə aparılan yoxlamalar nəticəsində yalnız 2 qanunsuz fakt aşkarlanıb. Həmin saatdan etibarən obyektlər bağlanılıb. Onun sözlərinə görə, dükanlarda və bazarlarda yalnız mənşəyi bilinən və yoxlamadan keçilən toyuqların satışına icazə verilib.

Xəbər lenti

Xəbər lenti