...

Təkrar seçiklərlə bağlı seçicilərin yeni siyahısı martın 9-da internetdə yerləşdiriləcək

Siyasət Materials 30 Yanvar 2006 13:50 (UTC +04:00)

Bu il 13 mayda 10 dairə üzrə keçiriləcək təkrar seçkilərlə əlaqədar yeniləşdirilmiş seçici siyahıları səsvermə gününə 65 gün qalmış internet səhifəsində yerləşdiriləcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.

O bildirib ki, "Seçkilər" İnformasiya Mərkəzi hazırda MSK-nın seçki ilə bağlı qəbul etdiyi Təqvim Planına uyğun işləri həyata keçirir. Bura ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi və dairə seçki komissiyalarında kompüter şəbəkəsinin quraşdırılması işləri daxildir. İqbal Babayev bildirib ki, seçici siyahıları səsvermə gününə 65 gün qalmış, yəni martın 9-da internetə (www.infocenter.gov.az) daxil ediləcək və 10 dairəni əhatə edən ərazilərin sakinləri öz adlarını bu siyahısında axtara bilər. Səsvermə gününə 35 gün qalmışadək bu siyahıya əlavə və dəyişikliklər edilə bilər. Lakin seçki gününə 35 qalmış - aprelin 8-dən isə bu proses dayandırılacaq və seçicilər yalnız məhkəməyə müraciət etməklə adlarını siyahılara saldıra bilər.

Xəbər lenti

Xəbər lenti