...

Parlamentin müxalifətçi qrupunun yeni koordinatoru seçiləcək

Siyasət Materials 1 Fevral 2006 15:23 (UTC +04:00)

Milli Məclisdə 5 müxalifətçi millət vəkilindən ibarət yaradılan qrupun yaxın günlərdə toplantısı keçiriləcək. Bu barədə Trend ə qrupun yanvar ayında koordinator vəzifəsini yerinə yetirən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Toplantıda bəzi məsələlərin müzakirə ediləcəyini deyən İ.Ağazadə müxalifətçi qrupun fevral ayında yeni koordinatorunun da seçiləcəyini vurğulayıb. Bu millət vəkilinin isə kim olacağı barədə heç bir məlumat verməyib.

Qrupun digər üzvü - Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu isə bildirib ki, əlifba sırası ilə qrupun yeni koordinatoru millət vəkili Aynur Camalqızı ola bilər. F.Qəzənfəroğlu onu da bildirib ki, parlamentin müxalifətçi qrupunun spikerlə görüşmək üçün edilən müraciətinə hələ cavab verilməyib.

Xəbər lenti

Xəbər lenti