...

YAP üzvlərinin sayı 380 minə çatıb

Siyasət Materials 2 Fevral 2006 13:37 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib. Bu barədə Trend ə YAP-ın mətbuat xidmətindən bildirilib.

İclasda partiyanın 2005-ci ildə fəaliyyətinə dair hesabat dinlənilib. Partiyanın ötən ilki fəaliyyəti, o cümlədən 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə iştirakı qənaətbəxş qiymətləndirilib. Qeyd olunub ki, hesabat ilində partiyanın cəmiyyətin ictimai-siyasi həyatında iştirakı genişlənmiş, rolu daha da artmışdır. Bildirilib ki, ötən il YAP-a 25 min 122 nəfər daxil olub. Beləliklə, partiyanın üzvlərinin sayı 380 minə çatıb. Partiyanın sıralarında gənclərin sayının artım sürətinin yüksək olması xüsusi vurğulanıb. Haxırda YAP üzvlərinin 145 mindən çoxunu gənclər təşkil edir.

İclasda 2005-ci il üzrə maliyyə hesabatı də dinlənilib və təsdiq edilib. Hesabat ilində partiyanın büdcəsinə üzvlük haqqından 566 min 312 manat daxil olub. Partiya büdcəsinə daxil olan vəsait mərkəzi və yerli təşkilatlarda çalışan işçilərin əmək haqlarına, partiya tədbirlərinin keçirilməsinə, kommunal, təsərrüfat xərclərinə sərf olunub.

Xəbər lenti

Xəbər lenti