...

Vurğun Əyyub: "Müxalifət düşərgəsində tanınan hər kəs təkrar seçkilərə qatılmalıdır"

Siyasət Materials 4 Fevral 2006 11:41 (UTC +04:00)

"Müsavatsız heç bir blokun ciddi formalaşması və fəaliyyəti inandırıcı deyil". Bu barədə Trend ə Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub bildirib.

Qeyd edək ki, fevralın 5-də adıçəkilən partiyanın Məclisinin növbəti toplantısı keçiriləcək. Toplantıda bir sıra məsələlərlə yanaşı 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak və "Azadlıq" blokundan millət vəkili seçkilən müsavatçıların parlamentin işinə qatılması məsələləri müzakirə ediləcək.

V.Əyyub bildirib ki, bu məsələlərlə bağlı partiya daxilində yaranan fikir ayrılıqları toplantıda müəyyən mənada mübahisələr doğuracaq: "Toplantının sakit keçəcəyinə inanmıram. Bu da fikir plüralizmindən, demokratiyadan irəli gələn amildir". Partiya rəsmisi onu da qeyd edib ki, şəxsən özü təkrar seçkilərdə iştirakın tərəfdarıdır: "Müxalifət düşərgəsində təmsil olan və cəmiyyətdə tanınan insanlar seçkilərdə iştirak etməlidirlər".

V.Əyyub Müsavatın təkrar seçkilərdə iştirakla bağlı müsbət qərar qəbul etdikdən sonra "Azadlıq" blokundan çıxarılacağı ilə bağlı məsələyə də münasibətini bildirib: "Müsavat Partiyasını heç kim blokdan çıxara bilməz. Bu məsələdə partiya qərarı özü verə bilər". Partiya rəsmisi onu da əlavə edib ki, Müsavatsız heç bir blokun ciddi fəaliyyət göstərə biləcəyini və formalaşacağını təsəvvürünə gətirmir.

Xəbər lenti

Xəbər lenti