"Diabet xəstəliyi ilə bağlı oktyabr-noyabr aylarında Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Azərbaycanda beynəlxalq toplantı keçirməyi planlaşdırıb". Bu barədə Trend ə Azərbaycan parlamentinin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov bildirib.
A.Cəfərov bu məsələ ilə bağlı razılaşmanın MDB PA-nın fevralın 2-də Sankt-Peterburqda keçirilən növbəti toplantısında əldə olunduğunu deyib. A.Cəfərov onu da bildirib ki, adıçəkilən xəstəliklə bağlı MDB dövlətləri arasında yalnız Azərbaycanda dövlət proqramı və qanun qəbul edilib: "Qazaxıstan, Qırğızıstan və Rusiya isə indi bu qanunu qəbul edir. Buna görə də belə təklif olubun ki, adıçəkilən xəstəliklə bağlı Azərbaycanda iclas keçirilsin".