...

Qərb Regionu sahibkarlarının əlavə gəliri orta hesabla 3 min dollardır

Siyasət Materials 9 Fevral 2006 11:52 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinin Qərb Regional Mərkəzindən Trend in qərb bürosuna verilən məlumata görə, respublikanın Ağstafa, Daşkəsən, Gədəbəy, Xanlar, Qazax, Samux, Şəmkir və Tovuz rayonlarınını əhatə edən qərb bölgəsində 150 min ailə torpaq aktı alıb və yerli torpaq sahibkarı kimi fəaliyyət göstərir.

Ümumiyyətlə, aqrar islahatlar nəticəsində bu rayonların tərkibinə daxil olan 303 bələdiyyə və 459 kəndin cəmi 152 min hektar torpaq sahəsi özəlləşdirilib. Nəticədə hər ailəyə orta hesabla 1 hektar torpaq, 1,6 baş iribuynuzlu və 8,8 baş xırdabuynuzlu heyvan düşür.

Mərkəzdən o da bildirilib ki, ekspertlərin apardıqları araşdırma və hesablamalara görə, regionda bir yerli torpaq istehsalçısının əldə etdiyi əlavə gəlir orta hesabla 3 min ABŞ dollarına bərabərdir.

İnkişaf etmiş Qərb ölkələrində isə bu rəqəm 50 min dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti