...

İlham Əliyevlə Kandoliza Rays arasında telefon söhbəti olub

Siyasət Materials 17 Fevral 2006 18:24 (UTC +04:00)

Fevralın 17-də Azərbaycan prezidenti İlham Əliyevlə ABŞ-ın dövlət katibi Kandoliza Rays arasında telefon söhbəti olub. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Söhbətin gedişində Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə başa çatan danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti və ABŞ-ın dövlət katibi qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti