...

Azərbaycanda bir sıra Ərazi Vergi idarələrinin rəisləri vəzifələrindən azad edildi

Cəmiyyət Materials 30 Yanvar 2015 22:14 (UTC +04:00)
Azərbaycanda bir sıra Ərazi Vergi idarələrinin rəisləri vəzifələrindən azad edilib.
Azərbaycanda bir sıra Ərazi Vergi idarələrinin rəisləri vəzifələrindən azad edildi

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Azərbaycanda bir sıra Ərazi Vergi idarələrinin rəisləri vəzifələrindən azad edilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən müntəzəm olaraq aparılan monitorinqlər nəticəsində son vaxtlar bəzi vergi orqanlarında vergi nəzarətinin lazımi səviyyədə təşkil olunmadığı, vergiödəyicilərlə aparılan işlərdə nöqsanlara yol verildiyi müəyyən edilib.

Yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, mövcud vergi potensialından tam istifadə olunması və dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasını təmin etmək məqsədilə 3, 4, 6, 9 saylı Ərazi Vergilər idarələrinin rəisləri vəzifələrindən azad edilib, həmin vergi orqanlarının rəhbərliyi gücləndirilib.

Məlumatda qeyd olunur ki, ölkə iqtisadiyyatının dinamik inkişafı vergi sisteminin də durmadan təkmilləşdirilməsini, Vergilər Nazirliyinin ayrı-ayrı strukturlarının, eləcə də yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkil olunmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti