...

Azərbaycanda əsl yay havası

Cəmiyyət Materials 10 İyun 2015 12:46 (UTC +04:00)
Sabah Azərbaycanda gündüz saatlarında havanın maksimal temperaturu 35 dərəcə isti olacaq.
Azərbaycanda əsl yay havası

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda gündüz saatlarında havanın maksimal temperaturu 35 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, iyunun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 11-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti