...

Azərbaycanda nəfəs kəsən istilər davam edəcək

Cəmiyyət Materials 24 İyun 2015 12:44 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə yüksələcək.
Azərbaycanda nəfəs kəsən istilər davam edəcək

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyunun 25-də Bakıda və Abşeron yarımadasında dəyişkən buldulu, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 25-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti