...

Meşə yanğınlarının qarşısının alınmasında hazırlığın yoxlanılması məqsədilə təlim-məşq keçirilib (FOTO)

Cəmiyyət Materials 28 İyul 2015 12:28 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Azərbaycanda meşə yanğınlarının qarşısının alınmasında hazırlığın yoxlanılması məqsədilə təlim-məşq keçirilib.
Meşə yanğınlarının qarşısının alınmasında hazırlığın yoxlanılması məqsədilə təlim-məşq keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Azərbaycanda meşə yanğınlarının qarşısının alınmasında hazırlığın yoxlanılması məqsədilə təlim-məşq keçirilib. Bu barədə Nazirliyin Mətbuat Xidmətndən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycanda meşə yanğınlarının qarşısının alınması, onlarla mübarizə üsullarının təkmilləşdirilməsi və mənimsənilməsi məqsədilə iyulun 24-də ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi tərəfindən Quba rayonunun Rustov meşəbəyliyində təlim-məşq keçirilib. Təlim-məşqdə Quba, Qusar, Yalama və Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin bu sahə üzrə məsul əməkdaşları iştirak edib.

Təlim-məşqin keçirilməsində məqsəd meşələrdə baş verə biləcək fövqəladə ekoloji hadisələrin qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, yanğın baş verən zaman qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığın yoxlanılması, meşə yanğınları ilə mübarizə üsullarının təkmilləşdirilməsi və mənimsənilməsi olub.

Mərkəzin mütəxəssisləri tərəfindən təlim-məşqdə yüksək dağlıq ərazidə baş verə biləcək meşə yanğınlarının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatlardan istifadə qaydaları, o cümlədən meşə yanğınlarının söndürülməsi üsulu, mərkəzə məxsus xüsusi təyinatlı yanğınsöndürən avtomaşın və motopompalar vasitəsilə suyun daha uzaq məsafələrə vurulması, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması, qüvvə və vasitələrin yanğın baş vermiş əraziyə dərhal cəlb olunması və idarə edilməsi şəxsi heyətə nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti