...

Ekologiya və təbii sərvətlər naziri Qazaxda şikayətləri dinləyib (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2015 12:38 (UTC +04:00)
Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Qazax şəhərində yerləşən Qazax Olimpiya Kompleksində Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Ekologiya və təbii sərvətlər naziri Qazaxda şikayətləri dinləyib (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Qazax şəhərində yerləşən Qazax Olimpiya Kompleksində Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti