...

Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu

Cəmiyyət Materials 15 Noyabr 2015 14:40 (UTC +04:00)
Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-12° isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti