...

Həmyerlimiz Niderlandda sədr seçildi

Cəmiyyət Materials 24 Noyabr 2015 17:05 (UTC +04:00)
Niderlandda “Connect” adlı təşkilat yaradılıb və həmyerlimiz Vüqar Abbasov həmin təşkilata sədr seçilib.
Həmyerlimiz Niderlandda sədr seçildi

Bakı. Trend:

Niderlandda "Connect" adlı təşkilat yaradılıb və həmyerlimiz Vüqar Abbasov həmin təşkilata sədr seçilib. Bu barədə Trend-ə Diaspor Jurnalistləri Birliyinin sədri V.Abbasov özü məlumat verib.

O bildirib ki, son vaxtlar Avropaya, həmçinin Niderlanda çoxsaylı qaçqınların gəldiyi heç kimə sirr deyil: "Buradakı aidiyyəti təşkilatlar onlara bacardıqları qədər yardım edirlər. Ancaq mən və həmkarım Vim van Embden və digər niderlandlı dostlarımız bura gələn qaçqınlara (artıq qalma icazəsi olan insanlara) həm hüquqi, həm də mənəvi yardım etmək üçün təşkilat yaratmağa qərar verdik və yaratdıq. Təşkilatın adı "Connect"dir ki, bu da dilimizə tərcümə olunduqda "Birləşdirmək" anlamına gəlir".

V.Abbasov deyib ki, yeni yaradılan təşkilatın məqsədi, yuxarıda da qeyd edildiyi kimi, müxtəlif tədbirlərin təşkili, qaçqınlara bacardıqca kömək etməkdir: "Dostların təklifi ilə ilkin mərhələdə sədrliyə namizəd oldum və sədr seçildim. Təbii ki, mənim olduğum yerdə Azərbaycanın adı keçməyə bilməz. Odur ki, təşkilatın nizamnaməsində Azərbaycanla əməkdaşlığa xüsusi yer verilib. Bura bir çox sahələr daxildir: qarşılıqlı səfərlərin, tədbirlərin təşkili, Niderlandın iş adamları ilə Azərbaycanın iş adamları arasında əlaqələrin qurulması, jurnalistlər və yerli siyasət adamları ilə əməkdaşlıq, təhsil sahəsi və s. Həmçinin Niderland dilində internet qəzetin yaradılması təşkilatın planlarına daxildir. Bütün bunları həyata keçirtmək üçün lazım olan vəsaiti əldə etmək yollarından biri kimi həm də təşkilatın biznes fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə alınıb. Təşkilatımızın mühasibinin və hüquqşünasının (Holland) bu sahədə təcrübəsi böyükdür və bu, məndə inam yaradır ki, qarşımıza qoyduğumuz məqsədlərə çata biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti