...

Xanlar Vəliyev: Xocalı soyqırımının baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəldən bilirdi

Cəmiyyət Materials 19 Fevral 2016 13:39 (UTC +04:00)
"Xocalı soyqırımının baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəldən bilirdi".
Xanlar Vəliyev: Xocalı soyqırımının baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəldən bilirdi

Bakı. Elçin Mehdiyev - Trend:

"Xocalı soyqırımının baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəldən bilirdi".

Trend-in məlumatına görə, bunu Azərbaycan hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabının təqdimat mərasimində çıxışı zaman deyib.

X.Vəliyev bildirib ki, o zaman Daxili İşlər Nazirliyi məlumat yaydı ki, Xocalıda cəmi iki adam öldürülüb: "Sonradan Azərbaycan dövləti soyqırımda 613 nəfərin qətlə yetirilməsini sübut etmək üçün xeyli əziyyət çəkməli oldu".

X.Vəliyev qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyası bu soyqırımın dünyada daha geniş tanıdılmasında mühüm rol oynadı və bir sıra ölkələr bunu soyqırım kimi qəbul etdi.

Hərbi prokuror X.Vəliyev sonra deyib: "Azərbaycan hakimiyyəti Xocalıda soyqırım olacağından xəbərdar idi. Bunu bilmək üçün xüsusi məlumatların olmasına gərək yox idi. Bu hadisələr 1991-ci ilin noyabrında başlamışdı və intensiv şəkildə davam edirdi. Qarabağın müxtəlif kəndlərində bunlar baş verirdi. Əlbəttə, Xocalı həcmində olmasa da, onlarla adam öldürülür, yüzlərlə insan yaralanırdı. Fevral ayının 16-17-də Qaradağlıda 67 nəfər qətlə yetirildi. Ondan da bir həftə sonra Xocalı soyqırımı baş verdi. Siz bilirsiniz ki, o zaman Xocalıda 7 minə yaxın əhali yaşayırdı. Amma hadisə baş verəndə orda o qədər adam olmayıb. Bunun səbəbini başa düşmək üçün alim olmağa gərək yoxdur. Azərbaycan hakimiyyətinin sözsüz ki, bundan xəbəri var idi, amma bunun qarşısını almaq üçün heç bir tədbir görmədi. Bu bir yana qalsın, hadisə baş verəndən sonra da insanların heç olmasa oradan köçməsini təşkil etmək lazım idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti