...

I sinfə elektron sənəd qəbulu ilə bağlı apellyasiya komissiyaları fəaliyyətə başladı

Cəmiyyət Materials 2 Mart 2016 13:38 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müvafiq əmrinə əsasən, uşaqların I sinfə elektron sənəd qəbulu ilə bağlı 6 təhsil müəssisəsində apellyasiya komissiyaları təşkil olunub.
I sinfə elektron sənəd qəbulu ilə bağlı apellyasiya komissiyaları fəaliyyətə başladı

Bakı. İlhamə İsabalayeva-Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müvafiq əmrinə əsasən, uşaqların I sinfə elektron sənəd qəbulu ilə bağlı 6 təhsil müəssisəsində apellyasiya komissiyaları təşkil olunub.

İdarədən Trend-ə verilən məlumata görə, komissiyaların yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv, tam və hərtərəfli baxılması, işçi qrupla vətəndaş arasında yaranmış mübahisələrin və fikir ayrılıqlarının tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi və təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdir.

Qeyd edəki ki, komissiyalar I mərhələdə 2016-cı il martın 1-dən iyunun 14-dək, II mərhələ iyunun 20-dən sentyabrın 20-dək (iyul ayı istisna olmaqla) fəaliyyət göstərəcək.


Apellyasiya komissiyaları haqqında məlumat

Rayon

Məktəb

Ünvan

Telefon

Gün

Saat

Binəqədi-Nəsimi rayonları üzrə

276

Naxçıvani küçəsi 38

562-78-65

Həftənin III və V günləri

10:00-16:00

Səbail-Yasamal rayonları üzrə

236

Badamdar qəsəbəsi, N. Paşayev küçəsi 4-6

502-82-78

Həftənin III və V günləri

10:00-16:00

Nizami-Nərimanov rayonları üzrə

129

İsmayıl Məmmədov küçəsi 9

375-40-80

Həftənin III və V günləri

10:00-16:00

Qaradağ rayonu üzrə

166

Lökbatan qəsəbəsi, Nizami küçəsi 4

445-34-07

Həftənin III və V günləri

10:00-16:00

Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə

252

Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 31

428-42-19

Həftənin III və V günləri

10:00-16:00

Suraxanı-Xətai rayonları

95

Əhmədli qəsəbəsi, Q. Nəbi küçəsi 13

570-51-06

Həftənin III və V günləri

10:00-16:00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti