...

Aran rayonlarında meşə sahələri artırılır

Cəmiyyət Materials 8 Mart 2016 22:21 (UTC +04:00)
Son illərdə Azərbaycanda yeni meşələr respublikanın bütün bölgələrində salınıb, amma meşə salma tədbirləri zamanı əsasən az meşəli rayonlara, yəni Aran rayonlarına üstünlük verilib.
Aran rayonlarında meşə sahələri artırılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Son illərdə Azərbaycanda yeni meşələr respublikanın bütün bölgələrində salınıb, amma meşə salma tədbirləri zamanı əsasən az meşəli rayonlara, yəni Aran rayonlarına üstünlük verilib. Bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda ən çox meşə sahələri Böyük və Kiçik Qafqaz ərazilərindədir.

S.Sadıqov qeyd edib ki, dağ bölgələrində meşə sahələri çox, Aran rayonlarında isə azdır. Aran bölgələrində meşə örtülü ərazilərin sahəsi ümumi ərazinin 2 faizini təşkil edirsə, dağ bölgələrində bu göstərici 48-60 faiz arasında dəyişir.

Nazirlik rəsmisi əlavə edib ki, ümumilikdə Azərbaycanın meşə fondunun ərazisi 1 milyon 213 min 700 hektardır. Onun da 1 milyon 21 min hektarı meşə örtülü sahələrdir.

Azərbaycanın ümumi ərazisinin yalnız 11,8 faizinin meşə örtülü ərazilər təşkil etdiyini deyən S.Salmanov bildirib ki, ölkədə son 14-15 il ərzində meşə örtülü ərazilərin sahəsinin 0,4 faiz artırılmasına nail olunub. Bu, meşə-bərpa tədbirləri, yeni meşələrin salınması tədbirlərinin həcminin 3 dəfə artırılması nəticəsində mümkün olub.

S.Salmanov deyib ki, Azərbaycanda meşə örtüyünün əsas hissəsi palıd, fıstıq və vələs ağacları təşkil edir: "Bunlar respublika meşələrinin 88 faizini təşkil edir. Yeni meşələr də salınanda əsas fıstıq, palıd, ağcaqayın və digər ağaclara üstünlük verilir. Regiondan, bitmə şəraitindən asılı olaraq, il ərzində müxtəlif regionlarda 11 min hektar sahədə meşə-bərpa işləri aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti