...

İsmayıllıda sürüşmə baş verən yolun təmirinə başlandı

Cəmiyyət Materials 1 İyun 2016 16:37 (UTC +04:00)
İsmayıllı rayonu ərazisində, Basqal-Sulut avtomobil yolunda baş vermiş sürüşmə hadisəsinin qarşısını almaq üçün tədbirlərə başlanıb.
İsmayıllıda sürüşmə baş verən yolun təmirinə başlandı

Bakı. Samir Əli - Trend:

İsmayıllı rayonu ərazisində, Basqal-Sulut avtomobil yolunda baş vermiş sürüşmə hadisəsinin qarşısını almaq üçün tədbirlərə başlanıb. Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda ASC-nin canlı qüvvə və texnikası ərazidə təmir işlərinə başlayıb: "Sürüşmə həmin yolun təqribən 10-cu km-də baş verib. Ora 4-5 metr enində torpaq-çınqıl örtüklü bir dağ yoludur. Sürüşmə dağ yamacını əhatə edir. Böyük bir ərazidə yamacın aşağısından keçən həmin yola da təsir edib. Hazırda ərazidə "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsi çalışır, ərazidə alternativ yol düzəldilir. Əsas məqsəd avtonəqliyyat vasitələrinin gediş-gəlişinin dayanmamasıdır".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti İsmayıllı rayonu ərazisində, Basqal-Sulut avtomobil yolunda sürüşmə hadisəsinin baş verməsi barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti