...

Sabah yağış, külək...

Cəmiyyət Materials 15 Oktyabr 2016 12:32 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Sabah yağış, külək...

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13°, gündüz 14-17°, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % olacaq.

Rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti