...

Sulu qəlyanın istifadəsi qadağan edilə bilər

Cəmiyyət Materials 14 Aprel 2017 15:08 (UTC +04:00)
Azərbaycanda sulu qəlyanın da istifadəsinin qadağan edilməsi də təklif edilir.
Sulu qəlyanın istifadəsi qadağan edilə bilər

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda sulu qəlyanın da istifadəsinin qadağan edilməsi də təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentdə yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

Q.Paşayeva bildirib ki, sulu qəlyan da insan sağlamlığı üçün zərərlidir:

“Ona görə də sulu qalyanın da qadağan edilməsi ilə bağlı məsələ yeni hazırlanmış qanun layihəsinə daxil edilməlidir”.

Digər millət vəkilləri də sulu qəlyanın istifadəsinin qadağan edilməsi təklifini dəstəkləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti