...

Azərbaycanın gənc gimnastı İslamiadada yaxşı çıxış edəcəyinə ümid edir (FOTO)

Cəmiyyət Materials 9 May 2017 11:36 (UTC +04:00)
Azərbaycanın gənc gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış edəcəyinə ümid edir.
Azərbaycanın gənc gimnastı İslamiadada yaxşı çıxış edəcəyinə ümid edir (FOTO)

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycanın gənc gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış edəcəyinə ümid edir.

Z.Ağamirova Trend-ə müsahibəsində deyib: "İslam Həmrəyliyi Oyunları mənim üçün çox mühüm və böyük startdır. Çox çalışacağam ki, finala yüksəlim və komandamı pis vəziyyətdə qoymayım".

O qeyd edib ki, Oyunlarda hər 4 alət - halqa, top, gürz və lentlər üzrə çıxış edəcək və xüsusilə halqa və gürzlərlə hərəkətlərdə yaxşı nəticə göstərəcəyinə ümid edir.

Aprelin sonunda Z.Ağamirova Bakıda keçirilmiş Dünya Kubokunda ilk dəfə çıxış etdi. Gimnastın sözlərinə görə, bu yarışlar zamanı böyük təcrübə qazandı və indi iri idman tədbirinin iştirakçısı olaraq daha az həyəcanlıdır. Dünya Kubokundan sonra o, Bolqarıstanda keçirilən turnirdə bütün alətlərdə finala yüksəlib, lentlə tapşırıqların yekunu üzrə 4-cü yeri tutub.

Z.Ağamirova IV İslam Həmrəyliyi Oyunlarında Özbəkistanı əsas rəqib hesab edir.

Xatırladaq ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti